Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda model arıqlamaq üçün ''şüşə'' narkotiki qəbul edib - Beyni quruyub - DİETOLOQ

Azərbaycanda model arıqlamaq üçün ''şüşə'' narkotiki qəbul edib - Beyni quruyub - DİETOLOQ

Tarix: 31 Mart 2021 22:15

Bir çox məşhur insanlar, modellər, instagramda çoxlu izləyicisi olan blogerlər zamanla müxtəlif dərmanlar, çaylar, arıqladıcı tabletləri, nəinki aptekdən, həta müxtəlif yollarla qara bazardan alıb, qəbul edərək qısa müddətə arıqlayıblar.

Bu ənənə indi də davam edir və belə preparatların sonrakı fəsadları olduqca dəhşətlidir.

Lakin son zamanlar arıqlamaq üçün bəziləri daha da irəli gedərək, qadağan edilmiş narkotik tərkibli vasitələri sınayıb. Bu dərmanların arıqladıcı təsiri barədə hardansa informasiya əldə edən gənc qızlar ilk başda güclü çəki itirsələr də, sonradan dəhşətli vəziyyətə düşüblər.

Milli.Az xəbər verir ki, diyetoloq həkim Rəna Həsənova təcrübəsində belə dəhşətli faktla rastlaşıb.

İnstagramda model xanımlardan biri anoreksiya, yeyə bilməmək, halsızlıq, yorğunluq və beynin pozulması şikayətləri ilə ona müraciət edib. Qız qida qəbulunu bərpa edib, çəki almaq istəyirdi.

Rəna Həsənova bildirir ki, onun hansı yolla arıqladığını biləndə dəhşətə gəlib.

"İnanın mən eşidəndə şoka düşdüm, bir həkim kimi ağlıma belə gəlməyən vasitə idi. Azyaşlı gənc xanımlar məşhur olmaq üçün, instagramda populyarlaşmaq, fit bədənləri ilə diqqət çəkmək, çəkilişlərə dəvət almaq, istədiklərini geyinmək üçün bu yola belə əl atırlar.

Pasiyent çox gənc xanımdır, etiraf etdi ki, ağ şüşə adlı vasitəni, düzü mən bunu görməmişəm, nə olduğunu bilmirəm, hardansa əldə edib, istifadə edib və arıqlayıb. Şüşə kimi bərk maddədir, suda əridib içib. İlk əvvəl təsir edib, qız çox arıqlayıb.

Sonradan bu maddə beyinə elə təsir edib ki, iştah hissi tamam kəsib. Dərman beyin hüceyrələrini qurudur. Bu zaman beyinə bədəndən su, yemək istəyi siqnalları gəlmir. Qız heç aclıq hiss etmir, anoreksiya halına düşür.

Pasiyent indi ağır haldadır, psixoloiji durumları pozulub, bir neçə həkimin müalicəsini alır: terapevt, psixiatr, nevroloq, dietoloq. Belə halda pasiyent müalicə almasa, ölüm həddinə belə gəlib çatır.

Ona görə analara bildirmək istərdim ki, qızlarınızın qısa müddətdə arıqlamaq arzusu naminə nə içdiyinə fikir verin. Qızlarınızı həkim diyetoloqa gətirin, sağlam, düzgün şəkildə çəki atsınlar. Gənc xanımlara isə arıqlamaq üçün şübhəli dərman, çay, qarınişlədici tablet alıb içməməyi tövsiyə edirəm, bu qadağandır. Həyatınız, sağlamlığınız risk altına düşür. Sonradan fəsadları illərlə yüz həkimə getsəniz belə bərpa edə bilməyəcəksiz".

Qeyd edək ki, narkotik maddəni əvəz edən "şüşə" adlı vasitə iri duz kristalına bənzəyir. Onu narkoman gənclər istifadə edir.

Bonzai adlı bu maddə Çində istehsal olunur. Beyinə zərər vuran, davranışı korlayan bu maddənin istifadəçiləri cəmiyyətdə insanlara qarşı şiddət göstərməyə meyilli olurlar. Aqressiya o həddə çatır ki, adam özünü binadan atır və yaxud da yaxın adamlarını öldürməyə cəhd edir. /medicina.az

Milli.Az


Etiketlər:  Azərbaycanda model arıqlamaq üçün şüşə narkotiki qəbul edib Beyni quruyub DİETOLOQ


RƏYLƏR