Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 09:40
Bu gündən Gürcüstanda yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbi ilə kinoteatr və uşaq əyləncə mərkəzlərinin fəaliyyətinə qoyulan qadağa götürülüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, həmin obyektlər ölkənin Səhiyyə Nazirliyinin müvafiq protokollarına uyğun fəaliyyətlərini bu gündən bərpa edə biləcəklər. Bundan başqa, qonşu ölkədə teatr tamaşalarının və idman tədbirlərinin keçirilməsinə qoyulan məhdudiyyət də ləğv edilib.
Qeyd edək ki, Gürcüstanda martın 15-dən teatrların, idman klublarının, həmçinin musiqi ansambllarının təlim və məşqlərini davam etdirməsinə icazə verilib.