Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya millisi 20 ildən sonra uduzub - VİDEO

Almaniya millisi 20 ildən sonra uduzub - VİDEO

Tarix: 1 Aprel 2021 10:06

Almaniya millisinin uğurlu seriyaları qırılıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, Bundestim dünya çempionatlarının seçmə mərhələlərində 20 ildən sonra uduzub.

Yoahim Lövün yetirmələri DÇ-2022-nin seçmə görüşündə Şimali Makedoniyaya məğlub olub - 1:2. Almaniya sonuncu dəfə 2001-ci ildə İngiltərəyə 1:5 hesabı ilə uduzub. Ümumiyyətlə, DÇ-lərin seçmə mərhələlərində cəmi 3 dəfə uduzan Bundestim ilk dəfə 1985-ci ildə Portuqaliyaya yenilib - 0:1.

Bununla da 35 oyunluq məğlubiyyətsiz seriya başa çatıb. Bunlardan 30-da qələbə, 5-də heç-heçə qeydə alınıb.  Makedoniyalılarla qarşılaşmada həm də 18 matçlıq qələbə seriyası qırılıb.

Milli.Az


Etiketlər:  Almaniya millisi 20 ildən sonra uduzub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ