Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 12:00
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 31-də 64,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel çoxdur.
Bu barədə Sonxeber.net-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,75 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel çoxdur.