Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 12:50
Futzal üzrə Azərbaycan millisi bu gündən təlim-məşq toplanışına başlayıb.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi iki qarşılaşmaya hazırlığa start verib.
16 futzalçının cəlb olunduğu komandamız aprelin 8-də səfərdə Slovakiya, aprelin 14-də isə Bakı İdman Sarayında Yunanıstan yığması ilə qarşılaşacaq. Millimiz aprelin 5-dək Bakıda məşq edəcək.