Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan öz öhdəliyini pozacağı təqdirdə Rusiya onlara ...'' - İlqar Vəlizadə

''Ermənistan öz öhdəliyini pozacağı təqdirdə Rusiya onlara ...'' - İlqar Vəlizadə

Tarix: 1 Aprel 2021 16:54

"Ermənistanın 10 Noyabr Bəyanatının yerinə yetirilməməsi imkanları yoxdur".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, həm Rusiya üçün, həm Türkiyə üçün yeni dəhlizlər lazımdır, bu dəhlizlər də Ermənistan ərazisindən keçir:

"İstər Nikol Paşinyan hakimiyyətdə qalsın, istər başqası hakimiyyətə gəlsin, burada artıq geosiyasi proseslər ermənilərin istəyini və yaxud da istəməməyini üstələyir. Çünki burada daha güclü maraqlar, daha irimiqyaslı layihələr var. Söhbət nəinki siyasi layihələrdən gedir, eyni zamanda iqtsadi layihələr var və bu layihələrə qarşı durmaq, tab gətirmək mümkün deyil, xüsusilə də Ermənistan üçün. Onlar hansı resuruslarla qarşı çıxa biləcəklər? 

Bu layihələrin reallaşmasında Rusiyanın, Türkiyənin də maraqları var. Türkiyənin "Ağ quyu" Atom Elektrik Stansiyasının istismara verilməsi  prosedurunu biz izlədik. Rusiya və Türkiyə növbəti hissənin tikilməsi ilə bağlı qərarlar verirlər, regionda başqa iqtisadi layihələr həyata keçirmək niyətindədirlər. Həm Rusiya üçün, həm Türkiyə üçün yeni dəhlizlər lazımdır. Bu dəhlizlər də Ermənistan ərazisindən keçir. Ermənilər bunun qarşısını necə ala bilərlər?! Yeri gəlmişkən, Ermənistanda fəaliyyət göstərən Rusiya şirkəti Ermənistanın dəmiryolunun demək olar ki, sahibidir. İcarəyə götürüb, amma faktiki olaraq indiki sahibi onlardır. Onda gərək rəsmi İrəvan bu Rusiya şirkətini ən azı Ermənistandan çıxartsın. Rusiya şirkəti ilə əməkdaşlığa son versələr, şərtə görə Rusiya şirkəti bütün qatarları, vaqonları Ermənistanın əlindən ala bilər. Çünki texniki təchizat şirkətə məxsusdur, icarəyə götürməyib. Gərək Ermənistan o vaqonları, qatarları şirkətdən alsın. O vaqonları almağa ermənilərin imkanı olacaq? Yaxşı, deyək ki, o vaqonları aldılar. Bəs öz məhsullarını hara, necə çıxardacaqlar? Burada suallar çoxdur".

İ.Vəlizadə deyib ki, Ermənistan öz öhdəliyini pozacağı təqdirdə Rusiya onlara qarşı müəyyən tədbirlər görməyə məcbur olacaq:

"Təəssüflər olsun ki, Ermənistanın adi vətəndaşlarının bundan xəbərləri yoxdur. Onlar hələlik propoqandanın qurbanlarına çevriliblər, propoqandaya uyurlar. İllərdir bu aldanan insanlar hər dəfə Köçəryan nə deyir, Sarkisyan nə deyirsə inanırlar. Amma Köçəryan, Sarkisyan, Manukyan və başqaları özləri yalan daşıqdıqlarını bilirlər. Onlar başa düşürlər ki, bu şərtlərdən heç vaxt boyun qaçıra bilməzlər. Amma burada bir məsələ var ki, müxalif qruplar hakimiyyətə gəlsələr bəyanatın müddəalarının həyata keçirilməsinə müəyyən əngəllər yarada bilərlər, amma tam qarşısını ala bilməzlər. Əngəllər yarada bilməzlər, bu prosesi ləngidə bilərlər. Misal üçün, prosesin mühüm bəndlərindən biri də azərbaycanlı qaçqın-köçkünlərin Xocalıya, Xocavəndə, Xankəndinə qaytarılmasını yubada bilərlər. O ərazilərdə separatçı rejimin qalıqları var. Onların çıxarılması ilə bağlı hansısa əngəllər yarada bilərlər. Çünkü onlar mahiyyət etibarı ilə terrorçudurlar.

Vaxtı ilə sovet dönəmində ermənilər o ərazilərdə qapalı şəkildə müəyyən "işlər" görürdülər. Bunlar qeyri-leqal vəziyyətdə siyasi addımlar atmağa öyrəşiblər. Yenə də Qarabağda qeyri-leqal olaraq bu işlərini görə bilərlər. Təəssüflər olsun ki, bu, prosesi yubadacaq, regionda gərginliyin artmasına səbəb olacaq, bunu da heç kəs istəmir. Bu, Paşinyan üçün əlavə başağrısıdır. Ona görə də onun hakimiyyətdə qalması bir qədər bu prosesin tez bir zamanda həyata keçirilməsinə daha çox imkanlar yaradacaq. 10 noyabr bəyanatı hüquqi öhdəlikdir. Bu bəyanat bizimlə yanaşı, Rusiyanın da qarşısında götürülmüş öhdəlikdir. Onlar bundan imtina etsə bizim haqqımız çatır ki, Rusiyanın qarşısında bu məsələni qaldıraq ki, Ermənistan açıq-aşkar öz öhdəliyini pozur. Burada artıq Rusiya onlara qarşı müəyyən tədbirlər görməyə məcbur olacaq. Onu da etməsə ikitərəfli Türkiyə-Rusiya monitorinq mərkəzinin mexanizmləri çərçivəsində müəyyən işlərin görülməsi labüd olacaq".

Təhməz Əsədov


Etiketlər:  Ermənistan öhdəliyini pozacağı təqdirdə Rusiya onlara İlqar Vəlizadə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ