Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 19:26
İspaniya millisinin və "Real"ın futbolçusu Serxio Ramos yenə zədələnib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi ayaq əzələsindən zədə alıb. Oyunçu təxminən 1 ay yaşıl meydanlardan uzaqda qala bilər. Bu da o deməkdir ki, Ramosun martın 6-da Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la, 10-da La Liqada isə "Barselona" ilə matçı buraxma ehtimalı var.
Qeyd edək ki, Ramos bu mövsüm 15 matçda 2 qolun ötürməsini verib.