Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 19:56
Ermənistanda parlament seçkilərinin proporsional seçki sistemi üzrə keçirilməsini nəzərdə tutan dəyişiklik qəbul edilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Ermənistan parlamentinin 82 deputatı Seçki Məcəlləsinə müvafiq dəyişikliyin lehinə səs verib.
Bundan əvvəl Ermənistanda qarışıq seçki sistemi mövcud olub.
Partiyalar üçün 5 faiz, seçki blokları üçü 7 faiz seçki baryeri isə dəyişməyib.
Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.