Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2021 10:16
Təhlükəsizlik qüvvələri Suriyanın şimalında Afrin regionunda sıx məskunlaşmış rayonda partlayış planlaşdırmış PKK/YPG-nin iki terrorçusunu zərərsizləşdirib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu barədə Türkiyənin Suriya ilə Hatay əyaləti administrasiyasının xəbərində deyilir.
Məlumata görə, cinayətkarların zərərsizləşdirilməsi üzrə əməliyyat yerli vaxtla saat 16:30-da keçirilib.
"Aprelin 1-də təxminən saat 16:30 keçirilən əməliyyat nəticəsində Afrində PKK/YPG terror təşkilatının mülki əhalinin cəmləşdiyi ərazidə partlayış təşkil etməyə hazırlaşan iki qadın üzvü zərərsizləşdirilib", - xəbərdə deyilir.
Qeyd edilir ki, terror aktının qarşısı təhlükəsizlik qüvvələrinin ayıqlığı sayəsində alınıb.
Faktla bağlı araşdırma başlanıb.