Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ucarda 5 avtomobil toqquşub

Ucarda 5 avtomobil toqquşub

Tarix: 2 Aprel 2021 14:04

Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saat 10:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2 "VAZ 2107", 1 "Hyundai", 1 "BMW" markalı minik avtomobilləri və 1"TİR" markalı yük maşını toqquşub. Hadisə nəticəsində Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyal Sahib oğlu Əliyev xəsarət alıb. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.             

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Ucarda 5 avtomobil toqquşub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ