Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İdmançının barmağı qopdu - VİDEO

İdmançının barmağı qopdu - VİDEO

Tarix: 3 Aprel 2021 13:30

Əslən Osetiyadan olan kanadalı MMA idmançısı Hetaq Pliyev ABŞ-lı həmkarı Devin Qudeylo ilə qarşılaşmada qeyri-adi zədə alıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Life" portalının məlumatına görə, döyüşçünün barmağı qopub. Hetaq bunu yalnız fasilə zamanı əlcəyini çıxararkən anlayıb.

İdmançının komanda üzvləri xeyli müddət qopub düşmüş bədən üzvünü axtarmalı olublar. Nəticədə, döyüşçünün barmağı əlcəyin içindən tapılıb.

Hazırda Pliyevin səhhətində heç bir problemin olmadığı, qopan barmağın öz yerinə tikildiyi bildirilib.


Etiketlər:  İdmançının barmağı qopdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ