Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2021 13:36
Gürcüstana yeni növ koronavirus əleyhinə 100 min doza Çin istehsalı "Snopharm" vaksini çatdırılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, vaksinlər bu gün səhər xüsusi aviareyslə Tbilisi Hava Limanına gətirilib. Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, vakinslərin ölkədə tətbiqinə ÜST-ün təsdiqləməsindən sonra başlanılacaq.
Qeyd edək ki, Gürcüstanda vaksinasiyaya martın 15-də başlanılıb. Bu mərhələdə ölklədə yalnız "AstraZeneca" və "Pfizer" vaksinlərindən istifadə olunur.