Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Atletiko" Kosta ilə bağlı qərarını verdi

Tarix: 26 Aprel 2019 18:20

"Atletiko" futbolçusu Dieqo Kostanı satmağa qərar verib.

Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi bu qərarı gəlib. Rəhbərliyin 30 yaşlı oyunçunun bəzi hərəkətlərindən yorulduğu və onu ən çox pul ödəyəcək kluba satacağı bildirilib.

Xəbərdə o da qeyd olunub ki, komandanın baş məşqçisi Dieqo Simeone Kostanın satılmağını istəmir. Ancaq bununla belə klub rəhbərlinin fikrini dəyişdirməyəcəyi bildirilib.

Nəşr yazıb ki, ispan futbolçunun illik maaşı 10 milyon avro olduğu və yaxşı 31-ə çatacağı üçün onu satmaq asan olmayacaq.

 


Etiketlər:  Atletiko Kosta ilə bağlı qərarını verdi


RƏYLƏR