Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qapanma olacaq? - "Hamı düşünür ki, SMS icazə tətbiq ediləcək"

Qapanma olacaq? -

Tarix: 4 Aprel 2021 16:12

Koronavirus pandemiyası səbəbilə karantin, SMS icazə, sərtləşdirmə, yumşaltma və s. qərarları təkcə yoluxma sayı ilə verilmir, xəstəxanalarda yer sayına uyğun verilir.

Milli.Az bildirir ki, bu sözləri publika.az-a anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib.

O bildirib ki, xəstəxanalarda yer dolduğu zaman qapanmalara getmək məcburiyyəti yaranır:

"Statistikaya baxıb hamı düşünür ki, SMS icazə tətbiqi olacaq. Karantinin sərtləşdirilmə qərarı xəstəxanalarda yer problemi yarananda verilir. Yəni xəstəxanalar tam dolanda. Hələ ki, xəstəxanalar boşdur".

Həkim əhali sayı çox olan bəzi ölkələrdə sərt karantin tədbirlərinin və SMS icazənin tətbiq edilməməsinin səbəbini onlardakı xəstəxanalarda boş çarpayıların olması ilə izah edib.

Milli.Az


Etiketlər:  Qapanma olacaq Hamı düşünür ki SMS icazə tətbiq ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ