Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevgilisi və xanımını 4 ay bir evdə saxlayan Rəmiş haqda - FAKTlar - FOTOlar

Sevgilisi və xanımını 4 ay bir evdə saxlayan Rəmiş haqda - FAKTlar - FOTOlar

Tarix: 6 Aprel 2021 09:15

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində bu gün vəfat edib. 

Milli.az axşam.az-a istinadən mərhum sənətçi haqqında az bilinən faktları təqdim edir.

1944-cü il noyabrın 14-də Ağdamın Gülablı kəndində doğulub. 6 yaşında olanda Ağdamda babası Yunis kişi onu əzizləyərək Rəmiş deyə çağırarmış. Elə o vaxtdan el arasında hamı onu Rəmiş kimi tanıdı.

Əvvəlcə tütək çalmağa başlayır. Sonralar atası Hüseyn kişi oğlunun musiqiyə həvəsini görüb onu Ağdamdakı 1 saylı musiqi məktəbinin tar sinfinə qoyur.

O, Ağdamın "Şur" ansamblında konsertmeysterlik edib. "Şur" ansamblı öz müvəffəqiyyətli çıxışlarına görə həmin dövrlərdə üst-üstə 15 qızıl medal alıb.

60-cı illərin əvvəllərində Ağdamkənd deyilən qəsəbədə çimərlik salınır. Rəmiş yay aylarında tez-tez bu çimərliyə gedərmiş. Çimərliyə azərbaycanlılarla yanaşı, çoxlu ruslar da gəlirdi. Rəmiş rusların gitarasını alıb Azərbaycan mahnıları və muğamları ifa edirmiş. Hər şey belə başladı.

O vaxtlar Ağdama tez-tez gələn maestro Niyazi Rəmişi dinlədikdən sonra onun çalğısını çox yüksək qiymətləndirdi və ona Bakıya gəlməsini məsləhət görmüşdü.

O, sonralar bu işlə ciddi məşğul oldu və musiqi tariximizdə ilk dəfə gitaranı Azərbaycan musiqilərinə, muğamlara uyğunlaşdırdı.

Görkəmli bəstəkarı Cahangir Cahangirov Rəmişin ifasında özünün "Ana" mahnısını dinləyərək heyran qalıb və heyrətlə deyib: "Bu, mənim yazdığım "Ana" mahnısı deyil, Rəmişin barmaqlarından süzülən daha möhtəşəm, ürəkləri fəth edən tamamilə başqa bir əsərdir".

Rəmiş Məmməd Araza "Aqilin qaynatası" (yerlisi, tanınmış yazlıçı-jurnalist Aqil Abbas nəzərdə tutulur - red.) deyirdi. Bir gün, "Aqilin qaynatası" Rəmişin yaşadığı və ifalar etdiyi "Qu Gölü" istirahət mərkəzinə gəlir və onu dinləmək istədiyini bildirir. Rəmiş çox ürəklə çıxış edir. Sonralar videoya baxanda Məmməd Arazın ifanın təsirindən ağladığını görürlər.

Konkret səbəbi bilinməsə də, uzun illər Xalq artisti Qədir Rüstəmovla küsülü olub. Mətbuatda bir-biri haqqında tənqidi fikirlər də səsləndirblər.

Gur saç saxlayan, dar cins geyinən, üzərinə qeyri-adi aksesuarlar taxan Rəmiş o vaxt azərbaycanlıdan çox xarici rokerlərə bənzəyirdi. Üstəlik, meymun da saxlayır, çiyninə alıb özü ilə gəzdirirdi. Uzun zaman bu qeyri-adiliklərinə görə onu dövlət televiziyasına buraxmayıblar. Hətta bir dəfə şərt də qoyulub: saçını qırxdırmalısan! Təbii ki, Rəmiş bu təklifi qəbul etməyib. Bir çox çəkilişlərdə o elə həmin görünüşdə düşüb. Çünki Rəmişi əvəz edən ifaçı yox idi.

Rəmiş meymununa qızıl diş saldırmışdı.

Uzun illər narkotika istifadəçisi olan Rəmiş bunu heç kimdən gizlətmirdi. Ancaq mətbuat bu haqda yazmağa və deməyə ürək eləmirdi.

Bir gün Rəmişi Bakıda yəhudi toyuna dəvət edirlər. Toyda Azərbaycan mahnı və muğamlarını ifa edən Rəmiş yəhudilərin onun ifasına qulaq asmadığını görüb, qəfil İsrailin dövlət himninin çalır. Bütün zal əlini sinəsinin üstünə qoyub ayağa qalxır.

İfa etdiyi toylardan birində qaraçı qızının rəqsini müşayiət edir. Qızın ritmini bir rəqslə tuta bilmədiyini görən Rəmiş mahnıları bir-birinə qarışdıraraq çalmağa başlayır. Ortaya qeyri-adi bir ifa və qeyri-adi bir rəqs çıxır. Çıxış o qədər möhtəşəm alınır ki, toyda iştirak edən varlılardan biri Rəmişin gitarasının üstünə qızıl onluq atır.

3 dəfə ailə quran Rəmişin ilk evliliyindən iki qızı, ikinci evliliyində bir oğlu dünyaya gəlib. Hazırda birgə yaşadığı Gülü uşaqlıqdan onun pərəstişkarı olub, yanına gəlib və ondan heç vaxt ayrılmayıb.

İkinci dəfə evləndiyi Arzu adlı xanımla rəsmi nikahı olmayıb. 1979-cu ildə Rəmiş M.Sübhü ilə Poluxinin kəsişməsindəki evdə kirayədə qalarkən görüb. Həmin vaxt şöhrətin zirvəsinə doğru qalxan Rəmiş Arzu xanımı qaçırıb. Bir il sonra cütlüyün Hüseyn adlı oğlu dünyaya gəlib. Rəmiş oğluna atasının adını versə də sonralar qəbul etməyib. Hüseyn atasını dəfələrlə axtarıb, görüşməyə cəhd edib, amma alınmayıb. 1997-ci ildə Moskvadan gələndə atasına baş çəkən Hüseyn onun xəstə olduğunu görüb boynundakı iri qızıl boyunbağını ona bağışlayıb.

Moskvada bir neçə dəfə həbs olunan, sonuncu həbsi zamanı həbsxanada müəmmalı şəkildə ölən Hüseyn haqqında sual veriləndə Rəmiş həmişə "Mənim o adda oğlum yoxdur" deyib.

Hüseyn atası ilə sonuncu dəfə görüşəndən sonra anasına vəsiyyət edib ki, öləndə Rəmişin adını qəbrimin üstünə yazmayın! Anası oğlunun vəsiyyətinə əməl edərək Rəmişin adını oğlunun məzarı üstünə yazdırmayıb.

İlk evliliyindən dünyaya gələn iki qızı ilə də münasibətləri yoxdur.

Üçüncü həyat yoldaşı Gülü onun pərəstişkarı olub. Deyilənlərə görə, Rəmişin toyu olanda darvazadan baxıb ağlayırmış. Son illər Rəmiş Gülü ilə ATV telekanalında elədiyi toyla yadda qalıb.

Ailəli ola-ola baqşa bir xanımla görüşən Rəmiş həyat yoldaşı Gülüyə o xanımı evə gətirəcəyini deyib. Gülü də razılaşıb. 4 ay sevgilisi ilə həyat yoldaşı bir yerdə yaşayıb.


Etiketlər:  Sevgilisi xanımını evdə saxlayan Rəmiş haqda FAKTlar FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ