Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vaksinasiya prosesi davam edir - VİDEO

Vaksinasiya prosesi davam edir - VİDEO

Tarix: 6 Aprel 2021 10:24

İndiyədək 11 minə yaxin sakin peyvənd olunub

Milli.Az Real TV-ə istinadən bildirir ki, ölkəmizin hər yerində olduğu kimi Qubada da koronavirus əleyhinə vaksinasiya prosesi davam edir. Rayon sakinlərinin sıxlığı nəzərə alınaraq Qubada ikinci vaksinasiya məntəqəsi istifadəyə verilib.

Yeni məntəqə Quba Müalicə və Diaqnostika Mərkəzində yaradılıb. Burada 7 inzibati ərazi dairəsi üzrə 42 kəndin sakinlərinin peyvəndlənməsi nəzərdə tutulub.

Yeni yadaılan məntəqədə sakinlərin peyvənd olunması üçün bütün lazımi şərait yaradılıb. Vaksin vurdurmaq üçün müraciət edən şəxs ilk olaraq qeydiyyata alınır və həkim müayinəsindən keçirilir. Vətəndaşda hər hansı narahatlıq aşkarlanmadığı təqdirdə ona xüsusi vaksin otağında peyvənd vurulur. Peyvənd olunan şəxs 30 dəqiqə gözlədikdən sonra evə yola salınır. Hazırda rayonda 40 yaşdan yuxarı şəxslərə birinci, 50 və 65 yaşdan yuxarı şəxslərə isə 2-ci doza vaksin vurulur.

Vaksinasiya prosesində vətəndaşların yüksək aktivliyi müşahidə edilir. İndiyədək xəstəxanaya müraciət edərək peyvənd olunan şəxslərdə hər hansı əks təsir halı qeydə alınmayıb.

Qeyd edək ki, indiyədək Quba rayonunda 11 minə yaxın şəxsə koronavirus əleyhinə vaksin vurulub. Rayonda vaksinasiya prosesinə cari ilin yanvar ayının 20-də başlanılıb.

Milli.Az


Etiketlər:  Vaksinasiya prosesi davam edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ