Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Husilər Səudiyyə Ərəbistanın Nəcran hava limanını atəşə tutublar

Husilər Səudiyyə Ərəbistanın Nəcran hava limanını atəşə tutublar

Tarix: 28 Iyul 2019 12:12

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançılar Yəmən ilə sərhəd yaxınlığında Səudiyyə Ərəbistanın Nəcran hava limanını pilotsuz uçuş aparatlarından istifadə edərək atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə "Əl-Masira" telekanalı bildirib.

May ayında Səudiyyə Ərəbistanının Nəcran şəhərindəki hava limanı Yəmənlə müharibə səbəbindən bağlandıqdan dörd il sonra açılıb.

Hussit nümayəndəsinin sözlərinə görə, iki dronların hava limanına endirilən zərbələr nəticəsində idarəetmə mərkəzləri, pilotsuz uçuş aparatları üçün anqarlar və digər hərbi obyektlər hədəflənib.

Səudiyyə hakimiyyəti bu məlumatları hələ şərh etməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Husilər Səudiyyə Ərəbistanın Nəcran hava limanını atəşə tutublar


RƏYLƏR