Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp” messencerində smartfonun dəyişdirilməsi vaxtı lazım olan funksiya əlçatan olacaq

“WhatsApp” messencerində smartfonun dəyişdirilməsi vaxtı lazım olan funksiya əlçatan olacaq

Tarix: 7 Aprel 2021 09:33

“WhatsApp” messencerində “iOS” və “Android” sistemli qurğular arasında çatların daşınmasını asanlaşdıracaq yeni seçim tətbiq ediləcək. Yeni funksiyanın sınaqdan keçirilməsi haqqında “WABetaInfo” portalı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, sözügedən funksiya dialoq, mesajların tarixçəsi, göndərilmiş fayllar və abunəliklərin bir platformadan digərinə daşınmasını nəzərdə tutur. İndi yalnız kənar proqramların tətbiqi ilə bu proses mümkündür. Bu, “Apple”ın istehsalı olan qurğularda ehtiyat nüsxəsinin “iCloud” bulud xidmətində, “Android” qurğularda isə “Google Disk”də saxlanılması ilə izah edilir.

 

Emil Hüseynov




Etiketlər:  WhatsApp messencerində smartfonun dəyişdirilməsi vaxtı lazım olan funksiya əlçatan olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ