Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2021 12:16
Sabirabad rayon sakini, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, pambıqçı Fatma Hüseynova Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlanması barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinın Sabirabad rayon sakini, əvvəllər məhum edilmiş Elşən Umudov saxlanılıb. Dindirilmə zamanı E. Umudov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.