Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş baş nazir yenə xəstəxanaya düşdü

Keçmiş baş nazir yenə xəstəxanaya düşdü

Tarix: 7 Aprel 2021 15:06

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni yenidən xəstəxanadadır.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün siyasətçi müayinə olunmaq üçün Milanda yerləşən "San Raffaele" xəstəxanasına gedib. Müayinədən sonra həkimlər növbəti müşahidələr üçün onun xəstəxanada saxlanılmasına qərar veriblər.

"İrəli, İtaliya" partiyasının liderinin səhhətində hansı problemin olduğu açıqlanmayıb.

Xatırladaq ki, ötən il koronavirusa yoluxan S. Berluskoni on gün klinikada müalicə olunduqdan sonra sağalaraq evə buraxılmışdı. 


Etiketlər:  Keçmiş baş nazir yenə xəstəxanaya düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ