Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

1 ay əvvəl itkin düşən şagirdin meyiti tapıldı

1 ay əvvəl itkin düşən şagirdin meyiti tapıldı

Tarix: 7 Aprel 2021 15:10

Mingəçevir şəhərində bir ay əvvəl itkin düşən 16 yaşlı oğlanın meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhər saat 6-7 radələrində polis əməkdaşları tərəfindən Kür çayının sahilində meyit tapılıb. Araşdırma zamanı meyitin 16 yaşlı Abbasov Ruslan Məhərrəm oğluna məxsus olduğu müəyyən edilib.

İlkin məlumata görə, onun intihar etdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi olan Ruslan Abbasov martın 4-də itkin düşmüşdü.

Milli.Az


Etiketlər:  1 ay əvvəl itkin düşən şagirdin meyiti tapıldı


RƏYLƏR