Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dedim, aktyorluqdan gedirəm, biznesimlə məşğul olum"

Tarix: 7 Aprel 2021 16:45

Aktyor Elməddin Cəfərov seriallarına çəkdiyi aktyorlara şərt qoyduğunu açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Söhbət var" proqramında danışıb. O bildirib ki, ekran işinə dəvət etdiyi sənət adamlarının digər seriallarda rol almasını istəmir:

"Onlara deyirəm ki, burada baş rolda çəkilirsən. Gedib başqa yerdə epizotik rolda yer almaq yaxşı deyil. Buranı da, oranı da vurursan. Bəzi dəyərlər var, onları qorumaq lazımdır".

Elməddin uğursuz biznesindən danışıb:

"Evimi təmir etdirmək üçün pul yığmışdım. Götürdüm pulla biznes qurdum, elektrik malları satılan yer açdım. Özü də "Bacanaqlar" serialının ən yaxşı, sevilən vaxtları idi. Dedim, aktyorluqdan gedirəm, biznesimlə məşğul olum. Elə bilirdim ki, çox qazanacam. 2 ay uzaqlaşdım, amma alınmadı, yenidən serialdan ikiəlli yapışdım. Həmin biznesdən mənə ancaq televizorlar qaldı. Vanna otağıma belə televizor qoşdurdum".

Milli.Az


Etiketlər:  Dedim aktyorluqdan gedirəm biznesimlə məşğul olum


RƏYLƏR