Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2021 11:40
Ötən il azyaşlı oğlu Parsı itirən model Ebru Şallı yeni açıqlaması ilə gündəmə gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Nişantaşında görüntülənən Ebru jurnalistlərlə ayaqüstü söhbət edib.
O, bir neçə gün əvvəl müğənni Demet Akalının qızı Hiranın "TikTok" istifadəçisinə 7 min lirə (1456 manat) göndərməsinə münasibət bildirib:
"Oğlum Berenin İnstagram hesabı yoxdur. Xoşbəxtlikdən mütaliə edən və idmanla məşğul olan uşaq böyütdüm. Hamımız sosial mediada varıq, amma uşaqların "TikTok"dan, yaxud da digər sosial şəbəkələrdən istifadə etməsinə qarşıyam".