Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2021 17:22
Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə vəfat edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, tanınmış rejissor bu gün 76 yaşında dünyasını dəyişib.
Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda doğulub.
Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.
M. Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb.