Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2021 21:32
"Synopsys" şirkətinin araşdırmasına görə, ən populyar "Android" proqramlarının 60%-də ən azı bir boşluq qeydə alınıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, hər bir belə proqramda informasiya təhlükəsizliyi ilə bağlı orta hesabla 39 problem mövcuddur. Şirkət tərəfindən ümumilikdə aşkar edilmiş 3137 unikal boşluq potensial olaraq məxfi məlumatların itkisinə səbəb ola bilər.
Şirkətin məlumatına görə, tərtibatçıların illər öncə yazılmış açıq mənbə kodunun fraqmentlərindən istifadəsi nəticəsində mobil proqramlarda boşluqlar qeydə alınır.