Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2021 11:32
Azərbaycanda 70 yaşlı evli kişi 24 yaşlı sevgilsini oğlunun toyuna dəvət edib.
Sonxeber.net sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişinə müraciət edən qadın bildirib.
O söyləyib ki, atasının maddi durumu yaxşı olub:
"Ailədə 3 uşaq olmuşuq. 8 ildir ki, bizim günümüz qaradır. Çünki atam 36 yaşlı qadınla sevgilidir. Qadının 24 yaşı olandan atam onunla görüşür. Harada tanış olduqlarını bilmirəm. Amma qadın atamla kişi məclisində tanış olduğunu söyləyib. Atam sevgilsini qardaşımın toyuna da gətirmişdi. Soruşanda da onu bizə dostunun bacısı kimi təqdim edib. Qadınla atam toyda hətta qol qaldırıb oynadılar. Əvvəl atam Ukraynada işləyirdi. Sonrada onunla görüşməyə başlayıb. Hələ anamla evli olandan atam bu qadınla sevgili olub. Anam atamla 2016-cı ildə boşanıb. Atam ilk əvvəl o qadının nömrəsini kişi adı ilə qeyd etmişdi. Sonra isə atama gələn zənglər məni narahat etməyə başladı. Mən həmin nömrəyə zəng edəndə gördüm ki, qadındır. Mən ona sms yazıb kim olduğunu soruşanda "get, atandan soruş" dedi. Sizdən kömək istəyirəm. Xahiş edirəm ki, mənə yardım edəsiniz".