Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2021 15:00
Müsavat Partiyası Bakıda Rusiya səfirliyinin önündə Şuşada tapılan "İskəndər M" raket kompleksinin qalıqları ilə bağlı piket keçirir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, piketdə müxtəlif şüarlar səsləndirilib. Piket iştirakçıları bildirir ki, Rusiya Azərbaycana dəstək olmadığını, əksinə hər zaman maneələr yaratdığını dilə gətirib.
Müsavat Gənclər Təşkilatının sədri Elman Quliyev aksiyanın qətnaməsini iştirakçıların diqqətinə çatdırıb. Səfirlikdən bu məsələyə reaksiya verilməsi tələb edilib.