Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2021 15:40
Hollivud ulduzu Ketrin Zeta Cons maraqlı açıqlamsı ilə gündəmə gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, iki uşaq anası Zeta 51 yaşı olmasına baxmayaraq, hər zaman fit və qüsursuz bədən quruluşu ilə diqqət çəkib.
20 yaşından yeməyinə diqqət edən və formada qalmağa çalışan aktrisa sadəcə təbii qidalar qəbul etdiyini bildirib. Bu haqda "Wall Street Journal"a müsahibə verən Cons formada qalmaq üçün bir çox dadlı yeməklərdən imtina etdiyini, onları yalnız qocalanda yeyə biləcəyini açıqlayıb:
"Qocaldığım zaman istədiyim yeməkləri yeyəcəm. Ən böyük arzum isə çoxlu şirniyyat yeməkdir".