Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2021 22:52
Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridirlər.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına görə, dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri isə torpaq vergisindən azaddır.
Həmin torpaq sahələri hüquqi şəxslərə icarəyə verilən zaman icarəyə verən dövlət orqanı torpaq vergisinin tədiyyəçisi olmadığı üçün icarəyə götürən hüquqi şəxslər dövlətdən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, dövlət büdcəsinə vergi ödəməli və vergi orqanına torpaq vergisinin bəyannaməsini təqdim etməlidirlər.