Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 09:18
Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan deyib ki, ABŞ tərəfindən təzyiq Çinin elmi-texniki tərəqqisinin artım sürətini dayandıra bilməyəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, o, ABŞ Ticarət Nazirliyinin Çinin Müdafiə Nazirliyi tərəfindən nüvə silahları, kibersilahlar və hipersəs silahlarının hazırlanmasında istifadə olunan superkompüterlərin yaradılmasında iştirak edən 7 müəssisənin qara siyahıya daxil edilməsi qərarını şərh edib.
Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib ki, ABŞ tərəfindən texnoloji blokadaya baxmayaraq, Çinin superkompüterləri yerli hazırlamalar nəticəsində dünyada liderliyə yüksəlir".
Qlobal superkompüterlərin reytinqində hesablama sürəti 93 petaflops olan “Sunway TaihuLight” superkompüterinin sayəsində Çin üçüncü yeri tutur.
ABŞ-ın “IBM” korporasiyasının superkompüterləri reytinqdə ilk iki yeri tutur.
Emil Hüseynov