Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur modellər küçəni podiuma çevirdilər - FOTO

Məşhur modellər küçəni podiuma çevirdilər - FOTO

Tarix: 10 Aprel 2021 10:55

Nyu-Yorkda "Michael Kors Collection" kolleksiyasının nümayişi keçirilib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "Bazaar" məlumat yayıb.

Bildirilir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

Bununla belə, Maykl Korsun kolleksiyasından ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

Belə ulduz yığını nadir hallarda bir yerə cəmlənir, ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.


Etiketlər:  Məşhur modellər küçəni podiuma çevirdilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ