Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 18:00
"Hər kəs rəhmət oxuyur, təsəlli verir, səbr diləyir. Dəstək olan, yanımda olan hər kəs sağ olsun. Tanımadığım insanlar başsağlığı yazır. Qardaşını itirən bacılar mənə yazır. Qohumlarım, dostlarım maddi və mənəvi yanımda oldular. Amma bu yaram heç sağalana oxşamır. Get-gedə ciyərim yanır".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkədə yazıb. Sənətçi bir müddət əvvəl dünyasını dəyişən stilist qardaşı Balaşla bağlı paylaşım edib və bunları vurğulayıb:
"Boşluğun içində param parçayam. O, heç vaxt məni belə görmək istəməzdi. Çünki hər zaman məni sevindirib, arzularımı reallaşdırıb, xoşbəxt olmağım üçün həm canıyla, həm puluyla istəklərimi həyata keçirib. Bacını ağlar qoyub getdin, onsuz bu dünya boşdur. Nurlar içində yat can parçam. Elə çox darıxıram ki...".