Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eddi klubunu dəyişir

Eddi klubunu dəyişir

Tarix: 29 Iyul 2019 12:56

Millimizin üzvü Eddi İsrafilov İspaniyanın “Alkorkon” klubunun əsas heyətindən kənarlaşdırılıb.

Qol.az “Aupa Alba” portalına istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Fren Fernandes 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı deyil.  O, İsrafilovun adını Marbelyadakı təlim-məşq toplanışı üçün nəzərdə tutulan 23 nəfərlik heyətə daxil etməyib.

Eddi ilə İspaniya Sequndasının digər təmsilçisi "Albasete”nin yaxından maraqlandığı bildirilir.

Qeyd edək ki, Eddi İsrafilovun "Alkorkon"la 2020-ci ilin iyulunadək müqaviləsi var.
 


Etiketlər:  Eddi klubunu dəyişir


RƏYLƏR