Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 16:40
"Beşiktaş"ın ötən gün Superliqanın 34-cü turunda "Erzurumspor"la səfər matçında (4:2) ağır zədə alan futbolçusu Cenk Tosunun durumuna aydınlıq gəlib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu tibbi müayinədən keçib və onun diz qapağının yerindən çıxdığı məlum olub. Buna görə də futbolçu əməliyyat olunacaq. Türkiyə millisinin üzvü 6 ay yaşıl meydanlardan kənarda qalacaq. O, yığma komanda ilə bu yay keçiriləcək Avro-2020-də iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Beşiktaş" C.Tosunu yanvar ayında "Everton"dan icarəyə götürüb. Futbolçu bu müddət ərzində 4 matçda 3 qol vurub və 1 qolun ötürməsini verib.
Xatırladaq ki, Türkiyə millisi Avro-2020-də qrupun 2 oyununu Bakıda keçirəcək.