Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 08:10
İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın verdiyi canlı qüvvə itkisi 8.5 min nəfərə çata bilər.
Bu barədə "Yerevan Speaks" "Telegram" kanalı məlumat yayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, kanal qeyri-müəyyən mənbəyə istinadən bildirib ki, son müharibə zamanı Ermənistan tərəfindən 8472 nəfər ölüb, 13 min nəfər yaralanıb, 3 nəfər itkin, 500 nəfər isə əsir düşüb.
Qeyd olunub ki, hələ 2020-ci ilin noyabr ayında Ermənistanın Vatikandakı səfiri Mikael Manukyan hərbi əməliyyatlarda 4750 nəfərin öldüyünü bildirmişdi.
Ölkənin Müdafiə Nazirliyinin martın 31-nə olan son məlumatında isə ölənlərin sayı 3049 nəfər göstərilib. Həmçinin 3723 cəsəd və qalıqların tibbi ekspertizasının başa çatdığı bildirilib.