Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni dünya çempioni piyadanı öldürdü

Erməni dünya çempioni piyadanı öldürdü

Tarix: 13 Aprel 2021 14:00

Ağır atletika üzrə ikiqat dünya çempionu Simon Martirosyan Yerevanda yol qəzası törədib.

Milli.Az "sputnik armenia"ya sitinadən xəbər verir ki, qəza paytaxtın Arsakunyats prospektində baş verib. Erməni idmançı yolu səhv yerdə keçən kişini vurub. Sürücü hadisə yerindən ayrılmayıb, təcili yardım çağırıb, lakin zərərçəkən xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Martirosyan 109 kiloqrama qədər çəki dərəcəsində çıxış edir. Dünya çempionatında qazandığı iki qələbədən əlavə, Avropa çempionatında iki qələbə qazandığı kimi, Rio-de-Janeyroda 2016 Olimpiadasında gümüş medal qazanıb.

Kamran
Milli.Az


Etiketlər:  Erməni dünya çempioni piyadanı öldürdü


RƏYLƏR