Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 21:45
Alkoqollu içkilərin qəbul edilməsi qaraciyər zədələnməsi daxil olmaqla, sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb olur. Bu nə qədər təhlükəli ola bilər?
Alkoqolun ümumilikdə hər cəhətdən insan üçün ziyanlı olduğu məlumdur. Eyni zamanda onun nisbətən az miqdarda da qəbul edilməsi qaraciyər, sirrozu kimi təhlükəli xəstəliklə nəticələnə bilər.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, alkoqol təkcə qaraciyəri deyil, beyini də zədələyir. Spirtli içkilərdən istifadə demans riskini də artırır.
Aparılan son araşdırmada, orta dərəcədə belə alkoqol istehlakı, beyin həcminin azalması ilə əlaqəli olduğunu ortaya çıxıb. İçkinin qəti qəbul edilməməsi beyində zədələnmə riskini önəmli dərəcədə azaldır.
Bu, eyni zamanda sağlam həyat tərzi sürərək, düzgün qidalanma və fiziki fəaliyyəti işə salmaqla daha da effektli olar.