Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Arsenal"ın yeni transferi "Neftçi"dən danışdı

Tarix: 29 Iyul 2019 17:20

Tula "Arsenal"ının yeni transferi Qoran Çauşiç klubun rəsmi saytına geniş müsahibə verib.

Qol.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi komandasının Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Neftçi" haqda da danışıb. 27 yaşlı futbolçu "ağ-qaralar"ın 2014-2015 mövsümündə Avroliqanın "pley-off" mərhələsində "Partizan"la keçirdiyi oyunları da xatırlayıb:

"Neftçi" və Azərbaycan futbolu haqda bir az məlumatım var. 5 il bundan öncə "Partizan" Belqradda Avropa Liqasının "pley-off" mərhələsində Azərbaycan klubu qarşılaşmış və çətinlik çəkmədən onlara qalib gəlmişdi - 3:2. Həmin vaxt Bakılıların heyətində "Srvena Zvezda"nın sabiq qapıçısı Saşa Stamenkoviç çıxış edirdi. Ümumiyyətlə, Avroliqa əla turnirdir. Burada güclü klublar kifayət qədərdir. Avroliqada iştirak etmək həm komanda, həm də şəhər üçün çox yaxşıdır".

Qeyd edək ki, "Neftçi" ilə "Arsenal" arasında Tulada keçirilən ilk oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması avqustun 1-də Bakıda, "Bakcell Arena"da olacaq və yerli vaxtla 21:00-da başlayacaq.
 


Etiketlər:  Arsenalın yeni transferi Neftçidən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ