Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Görüşümüz olacaqdı, metrodakı teraktda öldüyünü dedilər” - VİDEO

“Görüşümüz olacaqdı, metrodakı teraktda öldüyünü dedilər” - VİDEO

Tarix: 14 Aprel 2021 15:40

Xalq artisti Brilliant Dadaşova və müğənni Akif İslamzadə Xalq artisti, bəstəkar Rafiq Babayev barədə maraqlı açıqlama verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hər iki sənətçi "Ötən günlər" proqramına qonaq olarkən bəstəkarın erməni terrorunun qurbanı olduğu günü onlarla görüşəcəyini bildirib.

Akif İslamzadə qeyd edib ki, R. Babayev görüşə yarım saat gecikib və o şübhələnərək küçəyə çıxıb: "Bizim studiyada onunla görüşümüz olacaqdı. Çox dəqiq adam idi, görüş saat 3-də baş tutacaqdı. Yarım saat keçdi, narahat oldum. Gecikməyinə çox təəccübləndim. Çölə çıxdım, küçədə hamı qaçırdı. Polislər əhalini təxliyyə edirdi. Evə gələndə mənə çəkinə-çəkinə dedilər ki, belə söhbət eşitmişik. Cavab verdim ki, studiyada belə söhbət eşitmədim. Cəmil Əmirovgilə (Xalq artisti-cazmen- red.) zəng vurdum, məlumatı təsdiq etdilər. Yenə də inanmırdım. Amma belə oldu. Kürəkəni ilə 1 saat metronun qarşısında söhbət edib". 

B. Dadaşova isə bəstəkarın avtomobilinin ustada olduğunu, ona görə metroya daxil olduğunu bildirib: "Bildiyim qədəri ilə maşını xarab olmuşdu, ustaya vermişdi. Metroya minmişdi. Həmin gün mənimlə də görüşəcəkdi. Studiyada bir araya gələcəkdik. Zəng vurub köməkçimə deyib ki, Brilliantı telefona çağır. Cavab verib ki, mən yatmışam. O da deyib ki, başına su tök, oyat. Köməkçim mənə dedi, hirsləndiyini bilib tez hazırlaşdım. Studiyaya gəldim, xəbəri eşitdim. Ağlımıza belə gəlmədi. Qismət".

Qeyd edək ki, Rafiq Babayev 19 mart 1994-cü ildə Bakı metropolitenində Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş terror hadisəsi zamanı 57 yaşında həlak olub.


Etiketlər:  Görüşümüz olacaqdı metrodakı teraktda öldüyünü dedilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ