Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazandı

Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazandı

Tarix: 18 Aprel 2021 09:42

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir. Mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, ilk görüşündə Maksat Jusipovu (Qırğızıstan) mübarizədən kənarlaşdıran Əzrək Bəbirov 1/8 final çərçivəsində tailandlı Panuvat Çunjan-Atla üz-üzə gəlib. 56 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

Bəbirov 1/4 finalda Aleksey Şendrixlə (Rusiya) döyüşəcək. Görüş aprelin 19-da keçiriləcək.

Millimizin digər üzvü - Nicat Hüseynov (49 kq) debüt qarşılaşmasında Allan Morozovu (Estoniya) sınağa çəkib. 1/8 final çərçivəsində təşkil olunan döyüşdə həmyerlimiz qələbə qazanmaqda çətinlik çəkməyib - 5:0 (30:25, 30:25, 30:27, 29:27, 29:26).

Onun 1/4 finalda rəqibi macarıstanlı Levent Eqedus olacaq. Hüseynov da növbəti döyüşünə aprelin 19-da çıxacaq.

Qeyd edək ki, daha öncə Əli Zamanov (52 kq) 1/4, Cəlal Qurbanovla (60 kq) Murad Allahverdiyev (81 kq) 1/8 finala yüksəlib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.


Etiketlər:  Daha boksçumuz dünya birinciliyində finala vəsiqə qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ