Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymar oynamayacaq

Neymar oynamayacaq

Tarix: 29 Iyul 2019 18:44

PSJ-nin hücumçusu Neymar Fransa superkubokunda "Renn"lə oyunu buraxacaq.

Qol.az-ın "L'Equipe"yə istinadən yaydığı xəbərə görə, buna səbəb zədəli oyunçunun bərpa prosesinin davam etməsidir. Bildirilir ki, o, avqustun 3-ü keçiriləcək superkubok görüşündə meydana çıxmayacaq.27 yaşlı futbolçunun Fransa çempionatında yeni mövsümün ilk matçına kimi hazır olacağı gözlənilir.

Qeyd edək ki, PSJ ölkə çempionatının ilk turunda avqustun 11-i "Nim"lə qarşılaşacaq.

Xatırladaq ki, Braziliya millisinin üzvü Neymar Qətərlə yoxlama oyununda zədələnib.

 


Etiketlər:  Neymar oynamayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ