Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqanı tərk edən ilk klub bəlli oldu

Premyer Liqanı tərk edən ilk klub bəlli oldu

Tarix: 18 Aprel 2021 17:34

Futbol üzrə İngiltərə Premyer Liqasında bu mövsüm elitanı tərk edəcək ilk klubun adına aydınlıq gəlib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 32-ci turda səfərdə "Vulverhempton"a uduzan "Şeffild Yunayted" Çempionşipə düşüb.

Sözügedən komanda Premyer Liqada sona 6 tur qalmış 14 xalla sonuncu pillədə qərarlaşıb. Pol Hekinqbottonun çalışdırdığı "Şeffild Yunayted" Premyer Liqada yerini qorumağa imkan verən 17-ci pillədən 19 xal geri qalır. 

Habelə "Vest Bromviç" (24 xal) ilə "Fulhem" (26 xal) də Premyer Liqanı tərk etmə zonasındadırlar. Əvəzində "Norviç Siti"nin Çempionşipdən Premyer Liqaya vəsiqəni vaxtından əvvəl təmin etdiyi müəyyənləşib.


Etiketlər:  Premyer Liqanı tərk edən klub bəlli oldu


RƏYLƏR