Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hazard 7 kiloqram kökəldi - Peres narazıdır

Hazard 7 kiloqram kökəldi - Peres narazıdır

Tarix: 29 Iyul 2019 20:56

Futbolçusu Qaret Beyli sata bilməyən, "Atletiko"ya 3:7 uduzan "Real" növbəti problemlə üzləşib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisinin yeni transferi Eden Hazard klubun bazasına artıq çəki ilə qayıdıb. Onun 7 kiloqram kökəldiyi bildirilir.

"Real"ın prezidenti Florentino Peres belçikalı yarımmüdafiəçidən tez bir zamanda artıq çəkilərdən qurtulmağı tələb edib.

Qeyd edək ki, iyunda  "Çelsi"dən "Real"a transfer olunan Hazard yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

 


Etiketlər:  Hazard kiloqram kökəldi Peres narazıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ