Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2021 21:40
Dəbdəbəli Pares sarayı Almaniya paytaxtından 40 kilometr və Potsdamdan 20 kilometr məsafədə yerləşir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Devid Hilli tərəfindən inşa edilmiş Pares sarayı və onun saldığı eyniadlı kənd 1797-1804-cü illərdə vəliəhd şahzadə III Fridrix Vilhelmin və onun xanımı Luizanın yay iqamətgahı olub. Onlar yay aylarında burada yaşayırdılar. Saray və park o dövrün yüksək estetik tələbləri səviyyəsində tərtib edilmişdi.
Prussiya memarlığının parlaq nümunəsi olan, həm Kralın şəhərətrafı iqamətgahına təqdim edilən tələblərə, həm də o dövrün fermer kəndləri barədə standartlara cavab verən bu saray yerli landşaftla harmoniya təşkil edir.
İkinci Dünya müharibəsi illərində ciddi zədələnmiş və 1950-ci illərdə bərpa olunmuş Pares sarayı o vaxtdan Brandenburq əyalətində ekskursiyalar üçün nəzərdə tutulan ən mənzərəli yerlərdən biridir.
Koronavirus pandemiyası başa çatandan sonra bu məkan yenidən öz qapılarını turistlərin üzünə açacaq.