Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meyitxanaya aparılan uşaq yolda “dirildi”

Meyitxanaya aparılan uşaq yolda “dirildi”

Tarix: 20 Aprel 2021 08:40

Meyitxanaya aparılan uşaq yolda "dirilib".

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, heyrətamiz hadisə Qanada baş verib.

Olanlar barədə meyitxananın işçisi Hassan Azaare Daniel danışıb. Onun sözlərinə görə, xəstəxanadan çağırılaraq doqquz yaşlı uşağın meyitini meyitxanaya aparmalı olduğu deyilib. Ancaq yolun yarıdan çoxu gedildikdən sonra uşaq birdən asqırıb və öskürməyə başlayıb.

"Mən dərhal dayandım, onu ehtiyatla çiynimə götürdüm və yenidən şöbəyə qaytardım. Tibb bacıları mənim niyə geri qayıtdığımı soruşdular. Lakin mən onlara əhəmiyyət verməyib çarpayıya yaxınlaşdım, uşağı uzatdım və sonra onun sağ olduğunu dedim. Hamı heyrətlənmişdi".

Danielin sözlərinə görə, sonda uşaq sağalıb və evlərinə göndərilib.


Etiketlər:  Meyitxanaya aparılan uşaq yolda dirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ