Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2021 16:40
Müğənni Nadir Qafarzadə açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi dələduzların qurbanı olduğunu bildirib. O, "Söhbət var" proqramında müğənni Rəhim Rəhimli və Əməkdar artist Lalə Məmmədovanın da sirrini açıb:
"2011-ci ildə ev aldım. Bir az keçdi şəriklər ayrıldı, dava düşdü. Binadan ev alanlar arasında çaxnaşma başladı. Heç kimə sənəd verilmir. Qərara gəldim ki, qanunla həll edim. Amma məlum olub ki, bir evi neçə adama satıblar. Ev alanlar birtəhər olmuşdu, kimi infarkt keçirdi.
Son bir ildə dövlət yeni qanun çıxardı, qanunsuz evlər hökumətin balansına keçdi. Mən də evin sənədini ala bildim. İndi həmin binada 70 insan yaşayır. Həmin binadan Lalə Məmmədova və Rəhim Rəhimli də ev alıb. Lalədə problem həll olunub. Rəhimdə isə hələ yox".