Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2021 18:48
Türkiyənin Xarici İşlər Nazirliyində (XİN) yeni kadr təyinatı olub.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, diplomat Tanju Bilgiç ölkə XİN-inin İnformasiya idarəsinin müdiri - Nazirliyin sözçüsü vəzifəsinə təyin edilib.
O, bu gündən fəaliyyətə başlayıb.
Qeyd edək ki, T.Bilgiç Ankara Universitetinin Siyasi elmlər fakültəsini bitirib. 1995-ci ildə Türkiyə XİN-də işə başlayıb.
Nazirlikdə bir çox fərqli vəzifələrdə çalışıb. 2014-2016-cı illərdə XİN-in İnformasiya idarəsinin müdir müavini - Nazirliyin sözçüsü olub.
2016-2021-ci illərdə Türkiyənin Serbiyadakı səfiri işləyib. Bundan başqa, Türkiyənin Bosniya və Herseqovina, Danimarka, Fransa və Rusiyadakı diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb.
Onu da qeyd edək ki, T.Bilginçdən əvvəl Türkiyə XİN-in sözçüsü Hami Aksoy olub.