Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2021 19:57
Ayaqların (pəncə hissələrin) refleks masajı hədsiz faydalı və xoş prosedurdur. İnsan bədəninin hər bir orqan və ya müəyyən hissəsinin ayaqlarda bir refleks zonası var. Ayaqların daimi masajı müxtəlif sağlamlıq problemləri, eləcə də, profilaktik bir tədbir kimi həyata keçirilir.
Hər gecə yatmadan öncə ayaqlarınıza masaj edin. İsti əllərinizlə əvvəlcə topuqlarınızı "əzin", sonra dairəvi hərəkətlərlə masaj edin. Daha sonra yüngül "vurun" və yenə ovuşdurun. Prosesdə barmaq sümüklərinizin və yumruqlarınızın təzyiqinə diqqət edin. Ürəyiniz istəyən efir yağlarından damcı halında istifadə edə bilərsiniz.
Diqqətinizi xüsusən problemli zonanıza cəlb edin. Bir dəqiqə ərzində həmin nöqtənin üzərini növbə ilə sıxın və əlinizi çəkin. Hərəkətlərin düzgün nəticəsi - ağrıların yox olmasıdır. Ayaqlarda kəskin iltihab prosesləri, göbələk xəstəlikləri olduğu zaman masaj edilməsi əks göstəricidir.
1. BAŞ AĞRILARI
Barmaquclarının masajı baş ağrısını aradan qaldırmağa kömək edir. Beyinə müsbət təsir edərək onun fəaliyyətini stimullaşdırır.
2. GÖZLƏR
Göz yorğunluğunun aradan qaldırılmasına ayaqlarda 2-ci və 3-cü barmaqlardan biraz aşağı zonanın masajı müsbət effekt göstərəcək.
3. NAZİK BAĞIRSAQ
Ayağın altında tam orta hissənin masajı bağırsaqda artıq köp və qəbzliyin yaranmasının qarşısını alır.
4. AĞCİYƏRLƏR
Ağciyərlərin təmizlənməsi və bərpası üçün ayağın barmaqlarından bir az aşağı zonanın masajı məsləhət görülür. Keçmiş və hazırda siqaret çəkənlər üçün daha faydalıdır.
5. ONURĞA
Radikulitdən əziyyət çəkənlər bu zonaya daha çox diqqət etməlidir. Dabanların masajı çox müsbət və lazımlı rahatlaşmanı təmin edir.
6. BOYUN
Boyun ağrısından daha çox ofis işçiləri əziyyət çəkir. Ağır iş günündən sonra özünüzə vaxt ayırın və baş barmağınızın aşağı hissəsinə doğru zonanı masaj edərək boynunuzdakı ağrını, gərginliyi götürməyə çalışın.
7. ÜRƏK
Ürək ətrafındakı hər hansı bir diskomfort və ya ürək "ritminin" pozulması dərhal həkimə müraciət etmək üçün bir səbəbdir. Profilaktik tədbir üçün isə pəncələrin zonasının masajı məsləhətdir.
8. DİZLƏR
Dizlərin ağrısı və yorğunluğu zamanı hər iki dabanın xaricdən yan hissələrini masaj etmək ağrılardan azad edir.
9. MƏDƏ
Yaxşı həzm üçün pəncənin üst hissəsinə masaj etmək məsləhətdir. Bu masaj həm də mədə-bağırsaq xəstəlikləri üçün də effektlidir.
10. QALXANVARİ VƏZ
Qalxanvari vəzin düzgün işləməsi üçün müntəzəm olaraq böyük barmaqdab aşağıda sümük olan zonanı masaj edin.
11. QARACİYƏR
Bizim qaraciyərimizə həsəd aparıla bilməz! Pəncələrin sol tərəfindən masaj edərək onun sağlam olmasına dəstək olun.
Belinizdəki ağrılardan qurtulmaq, orqanizmin fəaliyyətinə dəstək olmaq, sinir sistemini qüvvətləndirmək üçün müntəzəm olaraq 10 dəqiqənizi ayaqlarınızdakı "zona"ların masajına sərf edin. Sağlamlıq və xoşbəxtlikdən zövq alın!