Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir - VİDEO - FOTO

Şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir - VİDEO - FOTO

Tarix: 22 Aprel 2021 10:02

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təlimlərdə müxtəlif çaplı zenit qurğularından və zenit-raket komplekslərindən nümunəvi döyüş atışları icra olunur. Real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilən təlimlərdə şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir.

Təlimlərdə əsas diqqət Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin operativ idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə vərdişlərinin təkmilləşdirilməsi və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə yönəldilir.

Milli.Az


Etiketlər:  Şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ