Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yem mağazasında nöqsanlar aşkarlandı - FOTO

Yem mağazasında nöqsanlar aşkarlandı - FOTO

Tarix: 22 Aprel 2021 17:42

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Ağsu şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən, fiziki şəxs Həmidov Xalis Şükür oğluna məxsus yem satışı mağazasında yoxlama keçirilib.

AQTA-dan Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı mağazada məhsulların texniki normativ hüquqi aktların tələblərinə uyğun saxlanmadığı, həmçinin temperatur rejiminə əməl olunmadığı aşkar edilib. Eyni zamanda, çalışan işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, müəssisədə sanitar norma və qaydalara əməl edilmədiyi müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, icrası məcburi olan göstərişlər verilib.

Milli.Az


Etiketlər:  Yem mağazasında nöqsanlar aşkarlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ